Azərbaycanın eyni zamanda dünyanın diqqət mərkəzində günlərdir ki, Türkiyədə ard-arda qeydə alınan faciəvi yeraltı təkanlar dayanır. Çox sayda insan tələfatı, iqtisadiyyata dəyən sarsıdıcı zərbələr bu ölkənin tarixində bundan sonra da unudulmaz iz kimi qalacaq. Qısa zaman ərzində aparılan araşdırmalar nəticəsində həmin göydələnləri “ucaldan” şirkətlərin vəzifəliləri məsuliyyətə cəlb olundular. Qardaş ölkədə baş verənlər paytaxt Bakımızdakı tikililərlə bağlı da narahatlıq doğurur. Bəs bizdə vəziyyət necədir? Mövzu sosial şəbəkələrdə də kifayət qədər danışılır.

İqtisadiyyat.az xəbər verir ki, elə sosial şəbəkə hesabında daha bir əhəmiyyətli faktları məşhur kinorejissor Kənan Musayev göz önünə gətirib. Belə ki, Mir Cəlal 127E ünvanında yeləşən Şərur MTK-ya məxsus binalar nəinki, zəlzələyə davamlı ümumiyyətlə, heç bir qanuna sığmayan tikili kimi insanların həyatını risk altında saxlayır. Şikayətçi deyir ki, tikilinin təhlükəsizliyi ilə yanaşı dələduzluq faktları da kifayət qədərdir.

Ətraflı videomaterialda:

 

 

Onu da qeyd edk ki, bina sakinləri məsələ ilə bağlı Şəruru MTK-dan haqlarını tələb etsə də heç bir nəticə əldə edə bilməyiblər. Bu səbəblə də adiyyatı üzrə dövlət qurumlarına şikayət məktubları ünvanlayıblar.