Azərbaycanda pensiyalar yeni ildən artırılacaq. Artım qanunvericiliyin tələbinə uyğun olaraq yalnız indefikasiya çərçivəsində olacaq.

Bu barədə İqtisadiyyat.az-a iqtisadçı Rəşad Həsənov bildirib.

“İldə bir dəfə Azərbaycanda əmək pensiyalarının indenfikasiyası həyata keçirilir. Əvəlki illə müqayisədə 9 milyon manat əlavə vəsait nəzərdə tutulub. Proqnozlaşdırılan təxminən 15 min yeni pensiyaçının yaranan pensiya hüququ üçün, qalan hissəsi isə indenfikasiya üçün kifayət edir. Hələlik görünən odur ki, minumum pensiyanın artırılması ilə bağlı qərar gözlənilmir.”