Simurq"un sabiq futbolçusu Mario Bozic vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 40 yaşında dünyasını dəyişib. Bozic beyin şişindən əziyyət çəkirdi.

Bosniya və herseqovinalı mərhum futbolçu 2012/2013 mövsümündə "Simurq"da forma geyinib.