"Opel Astra” avtomobilinin Azərbaycan bazarında 2009-2012-ci illərinin təxminən ortalama bazar qiyməti cəmi 14,700 manat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, “Opel Astra”nın 2009-ci il üzrə istehsalının təxminən ortalama qiyməti 12,580 manat, 2010-cı ildə 13,560 manat, 2011-ci ildə 16,240 manat və 2012-ci ildə 16,420 manat arasında dəyişib.

Qeyd edək ki, 1991-ci ildən Almaniyanın istehsal etdiyi “Opel” markalı avtomobilin “Astra” modeli yığcam/kiçik ailə (C seqmenti) sinfinə məxsusdur.