Bu ilin yanvar-noyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41 302,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% azalıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 38 732,2 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 2,3% azdır.

Hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 27 597,8 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 33 146,8 mln. kubmetr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,5% azalıb, əmtəəlik qaz hasilatı isə 4,3% artıb”, - hesabatda qeyd olunub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda cəmi 27 695,4 min ton neft (7,4% azalma) və 44 221,1 mln. kubmetr qaz (4,1% artım) hasil edilib.