Ləğv prosesində olan “İmişli Mehmanxana” ASC-nin əmlakı səhmdarlar arasında bölüşdürüləcək.

İqtisadiyyat.az xəbər verir ki, şirkət bir müddət əvvəl ləğv olunduğunu elan edib.

Fevralın 1-də şirkətin əmlakının bölüşdürülməsi qaydası ilə bağlı qərar veriləcək.

Cəmiyyətin qalıq əmlakının (pul vəsaitinin) səhmdarlar arasında bölüşdürülməsi planını əks etdirən hesabat təsdiq ediləcək. Daha sonra qalıq əmlakı (pul vəsaiti) səhmdarlar arasında bölüşdürüləcək.

Qeyd edək ki, “İmişli Mehmanxana” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 76 432 manatdır və qanuni təmsilçisi Mərhəb Cəfərovdur.