Azərbaycanda ən çox reklam verən şirkətlərin adları açıqlanıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu, barədə məlumat televiziya kanallarının reytinqini ölçmək üçün istifadəyə verilən yeni sistemin təqdimat mərasimində bildirilib.

TOP 20 sıralamada ilk üçlükdə “Azərsun Holdinq”, “Kristal Abşeron”, “Azercell Telecom MMC” olmaqla daha 17 şirkət ən çox reklam verən subyeklər sırasındadır.

Qeyd edək ki, reklam verən şirkətlər arasında tikinti, pərakəndə satış və İKT sahələri üstünlük təşkil edir və onların əksəriyyəti də yerli qurumlardır.