İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 452 692 vahid artıb və bu il iyunun 1-nə 1 854 607 olub.

İqtisadiyyat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 410 704 vahid artaraq 950 626 təşkil edib.

"5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub", - deyə məlumatda qeyd olunub.