Azərbaycanla Yunanıstan arasında bu ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 1 milyard 216 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 11 % və ya 121,2 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycan Yunanıstandan 18,3 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 1 milyard 198 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova