Azərbaycan futboluna ağır itki üz verib.

İqtisadiyyat.az xəbər verir ki, milli komandanın və "Səbail"in sabiq üzvü Şəhriyar Rəhimov vəfat edib.

Rəhimov 2022-ci ilin fevralında səhhətində yaranan problemə görə karyerasını bitirmişdi.

Mərhum futbolçu karyerası ərzində "Rəvan", AZAL, "Karvan", "Səbail", "Zirə"də çıxış edib. O, millidə 9 oyunda forma geyinmişdi.