Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ikinci günündə Süleyman Şükürov (73 kq) və Aslan Kotsoyev (81 kq) qızıl, Ramazan Əhmədov (+90 kq) isə gümüş medal qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.