Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal görüşünə çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, 58 kq-da yer alan idmançı italiyalı Matias Lomartire ilə üz-üzə gəlib.

Rəqibini 2:0 (13:5, 22:4) hesabı ilə məğlub edən Maqomedov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

46 kq-da çıxış edən Minayə Əkbərova isə üçüncü yer uğrunda görüşdə kiprli Kiriaki Kuttukiyə uduzaraq, yarışı medalsız başa vurub.

Qeyd edək ki, bu gün 54 kq-da mübarizə aparan Səyyad Dadaşov finalda ispaniyalı Uqo Arilya Vaskeslə üz-üzə gələcək.