Azərbaycan bu ilin yanvar-avqust aylarında 16,6 milyon dollar dəyərində 22,3 min ton şəkər ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,5 milyon dollar, həcm baxımından isə 6,9 % çoxdur.

Əlavə edək ki, hesabat dövründə şəkər ixracının qeyri-neft sektorununun ixracında xüsusi çəkisi 0,75 % təşkil edib.

 

Gözəl Həşimova