Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 3,4 milyard dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 575,2 milyon dollar və ya 20 % çoxdur.

Hesabat dövründə ölkədən Rusiyaya ixrac 961 milyon dollar təşkil edib. Azərbaycanın Rusiyadan idxalının dəyəri isə 2,4 milyard dollar olub.

 

Gözəl Həşimova