Azərbaycan Premyer Liqasında mövsümün azarkeş rekordu yenilənib.

İqtisadiyyat.az xəbər verir ki, 11-ci tur mövsümün ən çox tamaşaçı toplayan turu olub.

Bunun üçün 4 oyun kifayət edib. Belə ki, baş tutan matçlarda tribunalara ümumilikdə 11 min 750 nəfər toplaşıb. Bu isə mövsümün ən yüksək göstəricisidir. Nəzərə alaq ki, turun bir oyunu (“Araz-Naxçıvan” – “Qarabağ”) hələ bu gün keçiriləcək.

Bununla 6-cı tura məxsus 10 min 950 nəfərlik azarkeş rekordu yenilənib.

11-ci turun “Turan Tovuz” – “Kəpəz” görüşünü 5000, “Neftçi” – “Sabah” oyununu 4600, “Sumqayıt” – “Qəbələ” matçını 1350, “Zirə” – “Səbail” qarşılaşmasını isə 800 azarkeş izləyib