Yay transfer pəncərəsində Azərbaycan klublarının etdiyi transferlərdən sonra ən dəyərli heyətə malik klubların sıralamasında yerdəyişmə olub.

İqtisadiyyat.az xəbər verir ki, son transferlərdən sonra "Neftçi" klubu ən dəyərli heyətə malikdir. "Ağ-qaralar"ın heyətinin dəyəri 14,80 milyon avrodur.

Siyahının 2-ci pilləsində isə "Qarabağ" klubu qərarlaşıb. Klubun heyətinin dəyəri 12,90 milyon avrodur. 

"Qarabağ" klubunu isə "Sabah" klubu izləyir. Masazır təmsilçisinin heyətinin dəyəri 11,23 milyon avro təşkil edir. 

Digər klublarımızın heyət dəyəri aşağıdakı kimidir.

1) "Neftçi"  (14,80 milyon €)

2) "Qarabağ" (12,90 milyon €)

3) "Sabah" (11,23 milyon €)

4) "Zirə" (7,23 milyon €)

5) "Turan Tovuz" (6,08 milyon €)

6) "Sumqayıt" (5,5 milyon €)

7) "Qəbələ" (5,08 milyon €)

8) "Səbail" (4,33 milyon €)

9) "Araz-Naxçıvan" (2,88 milyon €)

10) "Kəpəz" (2,78 milyon €)