Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun 2 oyunu keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, turun ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Turun ikinci matçında isə "Səbail" ASCO Arenada "Qəbələ" klubunu qonaq edəcək. Komandalar saat 19:00-da üz-üzə gələcəklər.