Azərbaycan Premyer Liqasında VIII turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, ən çox azarkeş Tovuzda qeydə alınıb. "Turan Tovuz" - "Neftçi" görüşünü tribunalardan 5000 tamaşaçı izləyib.

Ən az göstərici Mərdəkanda olub. Lider "Zirə"nin "Araz-Naxçıvan"la oyununda (0:1) 400 fanat tribunada yer alıb.

Turun oyunlarında azarkeş sayı:

Qarabağ - Sumqayıt - 940 tamaşaçı

Turan Tovuz - Neftçi - 5000 tamaşaçı

Səbail - Sabah - 1000 tamaşaçı

Kəpəz - Qəbələ - 1500 tamaşaçı

Araz-Naxçıvan - Zirə - 400 tamaşaçı.