Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutacaq.

“Sumqayıt” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək.

Günün digər matçı “Neftçi” ilə “Sabah” arasında baş tutacaq.

Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Zirə” – “Səbail” matçında qalib müəyyənləşməyib – 2:2. “Turan Tovuz” isə evdə “Kəpəz”ə 4 cavabsız qolla qalib gəlib. “Araz-Naxçıvan” – “Qarabağ” görüşü sabah keçiriləcək.

Misli Premyer Liqası

11-ci tur

29 oktyabr

“Sumqayıt” – “Qəbələ”

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev

“Kapital Bank Arena”, 16:00.

“Neftçi” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev.

“Neftçi Arena”, 18:30.