2023-cü ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 607 min barrel olub.

İqtisadiyyat.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 491 min barrelini xam neft, 116 min barrelini kondensat təşkil edib. Beləliklə, Azərbaycanın sentyabrda aylıq kvotadan geri qalması gündəlik 193 min barel təşkil edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.