Azərbaycan bu ilin yanvar-noyabr aylarında 15 milyard 99 milyon 942 min dollar dəyərində 24,1 milyon ton neft ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 3,2 milyard dollar, həcm baxımından isə 1% azdır.

Əlavə edək ki, neft ixracının ümumi ixracda payı 47,92 % təşkil edib.

 

Gözəl Həşimova