Cənubi Koreyada təlim-məşq toplanışında olan “Atletiko Madrid” yoxlama oyunu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, La Liqa təmsilçisi Koreya Liqasının ulduzlarından ibarət olan “K-Liqa Stars” komandasıyla qarşılaşıb. “Daejeon”in şərəfini qoruyan Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk da bu oyunda iştirak edib. O, 46-cı dəqiqədə meydana daxil olub və 50-ci dəqiqədə “ulduzlar komandası”nın ilk qolunu vurub. Matç millimizin komandasının 3-2 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, Krivotsyuk “Daejeon”ə bu ilin əvvəli “Visla Plotsk”dan keçib. O, ölkəmizdə “Neftçi”nin şərəfini qoruyub.