Robert Prosineçkinin "Kayserispo"ra bonus alacaqları səbəbiylə açdığı məhkəmə iddiasında, CAS "sarı-qırmızılı" klubu haqlı görüb.

İqtisadiyyat.az xəbər verir ki, "Kayserispor" klubunun Mətbuat Sözçüsü Səməd Koç, Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) sabiq baş məşqçi Robert Prosineçkinin bonus alacağı səbəbiylə açdığı iddiada "Kayserispor" klubunu haqlı gördüyünü söyləyib.

Prosineçki komandanı çalışdırdığı 2019-2020 mövsümündə liqada qalacağı təqdirdə vəd edilmiş 250 min avro mükafat alacağı üçün FİFA-ya müraciət etmişdi.

Prosineçki 2019/2020-ci il mövsümünün sonunda "Kayserispor"un liqanı sonuncu pillədə bitirdiyi, lakin Kovid-19 epidemiyası səbəbindən liqadan düşmə ləğv edildiyi zaman bonuslarının ödənilməsini istəmişdi.