Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq 2-ci Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, A qrupunda mübarizə aparacaq millimiz Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə qarşılaşacaq.

Millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

5 avqust, saat 20:00

Azərbaycan – İran

6 avqust, saat 18:00

Belarus – Azərbaycan

7 avqust, saat 16:30

Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri