Çimərlik futbolu üzrə Azərbaycan millisinin İtaliyanın Alqero şəhərində təşkil olunacaq Avropa Superfinalındakı oyunlarının təqvimi bilinib. 

İqtisadiyyat.az xəbər verir ki, oyunlar sentyabrın 19-dan 25-dək keçiriləcək.

Yığmamız ilk görüşünü ayın 19-da Türkiyəyə qarşı keçirəcək. Ertəsi gün rəqib Rumıniya olacaq. Hər iki matç saat 12:15-də başlayacaq.

Azərbaycan millisi son görüşündə İsveçrə ilə qarşılaşacaq. Sentyabrın 21-də olacaq oyun saat 16:00-da start götürəcək.