AVRO-2024-ün seçmə mərhələsində Avstriyanın qonağı olacaq Azərbaycan millisinin matç üçün start heyəti məlum olub.

İqtisadiyyat.az saytının əldə etdiyi məlumata görə, yığmamızın baş məşqçisi Canni De Byazi aşağıdakı "11-liy"ə güvənəcək.

Yusif İmanov - Bəhlul Mustafazadə, Bəxtiyar Həsənalızadə, Elvin Cəfərquliyev, Höccət Haqqverdi - Riçard Almeyda, Eddi İsrafilov, Emin Mahmudov - Ozan Can Kökçü, Ramil Şeydayev, Renat Dadaşov

Avstriya - Azərbaycan oyunu saat 23:45-də start götürəcək.