Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında növbəti matçını keçirib.

İqtisadiyyat.az xəbər verir ki, 5-8-ci yerlər uğrunda görüşdə Ukrayna seçməsi ilə qarşılaşan yığmamız 7:6 hesablı qələbə qazanıb.

Komandanın heyətində qolları Amid Nəzərov (3), Elşad Manafov (2), Orxan Məmmədov və İsa Zeynallı vurublar.

Azərbaycan yığması iyulun 1-də Moldova ilə 5-ci yer uğrunda matça çıxacaq.