Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, yığmamız Estoniya millisi ilə üz-üzə gəlib. 

Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq qarşılaşma Estoniyanın 7:4 hesablı qələbəsi ilə başa çatıb. 

Azərbaycan komandası ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.

A qrupunun digər matçında İtaliya yığması Moldovanı 3:1 məğlub edib.