FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İqtisadiyyat.az qurumun saytına istinadən xəbər verir ki, millimiz son reytinqlə müqayisədə 3 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda 1143 xalla 121-ci pillədə qərarlaşıb.

Millimiz bu ay Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə heç-heçə (1:1) edib.

İlk 3-lükdə dəyişiklik olmayıb. Son dünya çempionu Argentina siyahıda 1-ci pilləyə (1840 xal), Fransa 2-ci (1838), Braziliya 3-cü (1834) pillədə qərarlaşıb.