Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, yığmamız F qrupunun 3-cü turunda Estoniyanı qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı Çexiya Futbol Federasiyasından Andrey Berka idarə edəcək.

Qrupun digər oyununda Belçika evdə Avstriya ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz qrupdakı ilk iki görüşündə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə məğlub olub.

17 iyun

Avro-2024-ün seçmə mərhələsi

F qrupu, 3-cü tur

20:00. Azərbaycan - Estoniya

Baş hakim: Andrey Berka (Çexiya)

Bakı, “Dalğa Arena”

22:45. Belçika - Avstriya

Baş hakim: Jerom Brisard (Fransa)