Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv F qrupundakı 3-cü sınağında Estoniyanı qəbul edib. 

“Dalğa Arena”dakı oyunu çexiyalı FIFA referisi Andrey Berka idarə edib. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma millimiz ikinci hissədə hesabı bərabərləşdirməyi bacarıb. Beləcə, matç heç-heçə yekunlaşıb.

Avro-2024

Seçmə mərhələ, III tur

F qrupu

17 iyun

20:00 Azərbaycan - Estoniya 1:1

Qol: A.Krivotsyuk, 62 - R.Sapinnen, 27

Baş hakim: Andrey Berka (Çexiya)

Xal durumu: Avstriya - 6, Belçika - 3, İsveç - 3, Estoniya - 1, Azərbaycan - 1.