Bu gün Litvanın Şaulyay şəhərində Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı çərçovəsində 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi ilk oyununu keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan saat 14:00-da Estoniya ilə qarşılaşacaq.

Yığma komandanın növbəti görüşləri isə Latviya, Ukrayna və Polşaya qarşı olacaq.

Yanvarın 7-dək baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək