Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1 milyard 792 milyon 589 ABŞ dolları dəyərində 4 milyon 74 min 238 ton yükün daşınması üzrə idxal-ixrac əməliyyatları həyata keçirilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,4 % və 7,9 % azdır.

7 ay ərzində dəmir yolu nəqliyyatı ilə 1 milyard 287 milyon 718 min ABŞ dolları (8,8 % az) dəyərində 2 milyon 492 min 599 ton (3,7 % az) yük idxal edilib, 504 milyon 871 min ABŞ dolları (28,6 % az) dəyərində 1 milyon 581 min 638 ton (13,9 % az) yük ixrac olunub.