Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı davam edir.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev (60 kq) turnirdə final görüşünə çıxıb. O, həlledici qarşılaşmada israilli Melkamu Fetene ilə üz-üzə gəlib və 5:3 hesablı qələbə qazanıb. Bununla da Əliyev Avropa çempionu olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanmışdı.