Almaniyanın Fellbax-Şmiden şəhərində bədii gimnastika üzrə  beynəlxalq turnir keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup hərəkətləri Azərbaycan komandası daha iki gümüş medala layiq görülüb. Belə ki, 5 top və 5 iplə hərəkətlərin icrasına görə ikinci olublar.