Latviyanın paytaxtı Riqada qadın idman gimnastikası üzrə keçirilən “Little Tigers Cup” adlı beynəlxalq turnirdə Azərbaycanın yeniyetmə gimnastları 1 qızıl, 4 gümüş, 3 bürünc medal əldə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan komandasının üzvü Xədicə Abbaszadə dayaqlı tullanmada qızıl, çoxnövçülük, sərbəst hərəkətlər və gimnastika tirində gümüş medal qazanıb. Leyla Məmmədzadə dayaqlı tullanmada gümüş, gimnastika tirində bürünc medala sahib çıxıb. Albina Aliyeva çoxnövçülük və sərbəst hərəkətlərdə bürünc medala yiyələnib.