Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova daha bir medala sahib çıxıb. 

İqtisadiyyat.az xəbər verir ki, idmançı lentlə hərəkətlərin icrasında bürünc medal qazanıb.

Bununla da bədii gimnastımız Yay Universiadasında çıxışını 2 gümüş və 1 bürünc medalla başa vurub.