Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının iki üzvü Misirin Qahirə şəhərində təşkil olunan “Pharaoh's Cup” beynəlxalq turnirində medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından İqtisadiyyat.az-a verilən məlumata görə, fərdi proqramda Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva isə bürünc mükafata yiyələnib.

Yeniyetmələr arasında komandanın gimnastları Dilarə Qurbanova və Sara Əlixanlı isə fərdi proqramda finala vəsiqə əldə ediblər.