Azərbaycan bu ilin yanvar-iyul aylarında 34,9 milyon dollar dəyərində ət idxal edib. Bu da illik müqayisədə 4,8 milyon dollar çoxdur.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 24,2 min ton ət idxal edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.

Bu dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,49%-ni təşkil edib.

 

Gözəl Həşimova