Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə -60 kq. çəkidə mübarizə aparan cüdoçu Turan Bayramov yarımfinalda qazaxıstanlı cüdoçu Kanat Seilxana qalib gələrək finala çıxıb.

İqtisadiyyat.az xəbər verir ki,Turan finalda Gürcüstan təmsilçisi Qiorqi Sardalaşvili ilə qızıl medal uğrunda mübarizə aparacaq.

Qadınlar arasında mübarizədə -52 kq. çəkidə yarışan cüdoçu Gültac Məmmədəliyeva bürünc medal uğrunda tatamiyə çıxacaq.

Final görüşləri saat 17:00-da başlayacaq.