8 oktyabrda Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatının komanda yarışları start götürür. 

İqtisadiyyat.az xəbər verir ki, komanda yarışlarında 15 ölkə medallar uğrunda mübarizə aparır. Azərbaycan yarışlarda 11 idmançı ilə təmsil olunur.

Azərbaycan cüdoçularının ilk rəqibləri Hindistan yığması olacaq.

Oğlanlar arasında -73 kq. çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, -90 kq. çəkidə Vüqar Talıbov və İsmayıl Zamanov, +90 kq. çəkidə Ramazan Əhmədov və Kənan Nəsibov, qızlarda isə -57 kq. çəkidə Aydan Vəliyeva və Fidan Əlizadə, -70 kq. çəkidə Pərvanə Abdullayeva, +70 kq. çəkidə Nigar Süleymanova və Nərmin Əmirli güclərini sınayacaq.