İsrailin  paytaxtı Tel-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirini Azərbaycan  cüdoçuları 1 qızıl, 2 gümüş, 1 bürünc medalla başa vurublar.

İqtisadiyyat.az xəbər verir ki, turnirin sonuncu günündə Məmmədəli Mehdiyev (90 kq) bürünc, Zelim Kotsoyev (100 kq) qızıl, Uşanqi Kokauri (+100 kq) isə gümüş medal qazanıblar. Xatırladaq ki, bundan öncə 66 kq çəkidə mübarizə aparan cüdoçumuz Orxan Səfərov gümüş medal əldə etmişdi.

Azərbaycan medal əyarına görə ümumi hesabda 5-ci yeri, kişilər arasında isə 2-ci yeri tutub.