25 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında komanda yarışları start götürür. 

İqtisadiyyat.az  xəbər verir ki, çempionatda 16 ölkə medallar uğrunda mübarizə aparır. Azərbaycan komanda yarışlarında 10 idmançı ilə təmsil olunur.

Oğlanlarda -60 kq. çəkidə Məhəmməd Musayev və Xanəhməd Şərifov, -81 kq. çəkidə Aslan Kotsoyev və Əli Qazıməmmədov, +81 kq. çəkidə Ramazan Əhmədov və Eldar Əliyev, qızlarda isə -48 kq. çəkidə Vüsalə Hacıyeva və Aytac Yolçuzadə, -63 kq. çəkidə Fidan Qasımova, +63 kq. çəkidə Kamilla Toholiyeva güclərini sınayacaq. 

İlkin görüşlər saat 13:00-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

İdmançılarımıza uğurlar arzulayırıq!