Geosiyası arenada baş verən hadisələr mütləq ki, ətraf bölgələri də öz təsiri altına alır. Eyni ilə Rusiya-Ukrayna müharibəsinin, Rusiyanın Ukraynaya təcavüzünün təsirləri kimi.

İqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat.az-a açıqlamasında bölgədə və dünyada baş verən hadisələrin Azərbaycana birbaşa təsirlərindən danışıb:

“Bu məsələdə Ukraynanı misal gətirirəm. Ukrayna ilə Azərbaycanın ticarət dövriyyəsi keçən il təqribən 1 milyard dollar idisə, bu il bu məbləğin yarısı olacaq. Həm də, gələn il dünya iqtisadiyyatının daralması da gözlənilir. Bu da bütün ölkələrə həmçinin Azərbaycana təsiri gözləniləndi.”

Ekspert bildirdi ki,bu təsirlərin qarşısını almaq üçün iqtisadi, sosial, hərbi tədbirlər bir-birini tamamlamalıdı. Həmçinin kompleks tədbirlər görülməlidi. Geosiyasi anlamda Azərbaycanın qurduğu ittifaqların genişlənməsinə ehtiyyac var. Böyük Britaniya, İsrail və Avropa Birliyi ölkələri ilə strateji müttəfiqlik gücləndirməlidir:

“Bu müəyyən mənada Azərbaycan üçün siğorta yaradır. Bundan başqa daxili siyasətdə iqtisadi açılım genişlənməlidir. Sağlam rəqabətli mühit artmalıdı. Ölkəyə xarici investrların gəlməsi üçün şərait yaradılmalıdır.”