Monteneqronun Budva şəhərində gənc boksçular arasında beynəlxalq turnirə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 1 boksçusu qələbə qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/8 final çərçivəsində moldovalı Artyom Tolstoyu məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). Avropa çempionatının mükafatçısı növbəti görüşündə bolqarıstanlı Viktorio İliyevlə üz-üzə gələcək. Döyüş martın 16-da olacaq.

Qeyd edək ki, 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı turnir martın 19-da başa çatacaq.