Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında keçiriləcək “Strandja” beynəlxalq turnirinin püşkü atılıb. Bu gün start götürəcək ənənəvi A kateqoriyalı yarışda Azərbaycan idmançılarının da rəqibləri bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ilk gündə Günel Rəhimova, Anaxanım İsmayılova, Məhsəti Həmzəyeva və Şəhla Allahverdiyeva rinqə çıxacaq.

“Strandja” turnirində 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) mübarizə aparacaq. Yarışın qaliblərinin adına fevralın 26-da aydınlıq gələcək.

Bolqarıstan, “Strandja” turniri

1/8 final

20 fevral

Günel Rəhimova (48 kq) – Qloria Dameyda (Fransa)

Anaxanım İsmayılova (50 kq) – Laura Fernandes (İspaniya)

Məhsəti Həmzəyeva (57 kq) – Vinakşi (Hindistan)

Şəhla Allahverdiyeva (66 kq) – Çarli Kavana (Kanada)

1/16 final

21 fevral

Malik Həsənov (63,5 kq) – Şpetim Bayoku (Kosovo)

1/8 final

22 fevral

Məhəmməd Abdullayev (+92 kq) – Yordan Morehon (Bolqarıstan)

Zeynəb Rəhimova (54 kq) – Yuliya Koroli (Moldova)

1/2 final

25 fevral

Aynur Rzayeva (+81 kq) – Monika (Hindistan)