Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, toplantıda Azərbaycan 2-ci Liqasında yarışacaq komanda sayı müzakirə edilib. Qərara əsasən, iştirakçıların sayı 12-dən 14-ə yüksəldilib.

Qusarın "Şahdağ" və Daxili İşlər Nazirliyinin "Dinamo" komandaları yeni mövsümdə II Liqada mübarizə aparacaq.

Daha əvvəl "Füzuli", "Göygöl", "Ağdaş", "Sportinq Baku", "Qusar", "Marxal Şəki", "Şəfa Baku", "Cəbrayıl", "Lerik", "Kürmük Qax", "Şəmkir" və "Kür-Araz"ın çempionatda iştirakı dəqiqləşmişdi.