2023/24 mövsümündə Azərbaycan çempionatlarının 3 liqasında yarışacaq bütün komandalar müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, 3 liqada ümumilikdə 32 komanda yarışacaq. Onlardan 10-u Misli Premyer Liqası, 10-u birinci divizion, 12-si isə yeni yaradılan ikinci divizionda iştirak edəcək. Rəsmi açıqlamalara görə, dövlət tərəfindən yüksək liqada yarışan hər bir kluba 3 milyon, 1-ci divizion təmsilçisinə 300 min, 2-ci divizionun iştirakçısına isə bir mövsüm üçün 50 min manat pul ödəniləcək.