2022-cı ilin 1-ci rübü ərzində Azərbaycanın tədiyə balansının  təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 449.2 mln.$ məbləğində qiymətləndirililib. 

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2022-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının Tədiyə Balansında məlumat yayımlanıb.

Məlumata görə daxilolmalar 272.2 mln.$, ödənişlər isə 177.2 mln.$ təşkil etmişdir. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 88.2%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6.9%-i ölkəyə gətirilən humanitar və yardım mallarının həcmi, 4.9%-i isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 5.9% artaraq 240 mln.$, ölkədən ödənilən pul baratlarının həcmi isə 24.3% artaraq 151.6 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 88.4 mln.$ müsbət saldo yaranmışdır. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 95 mln.$ (2.2% azalma) təşkil edib.