Füzuli şəhəri, Zəngilan rayonunun Ağalı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində uşaqlar üçün tibbi müayinələr təşkil edilib.

Səhiyyə Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan aksiya çərçivəsində pediatrlar, uşaq cərrahı, kardioloq, nevroloq və oftalmoloq tərəfindən uşaqlara yerində profilaktik baxışlar keçirilib və müvafiq müalicələr təyin edilib.

Tədbir zamanı 350-ə yaxın, o cümlədən Zəngilanda 200-ə yaxın, Cəbrayılda 100-ə yaxın və Füzulidə 50 uşaq həkimlər tərəfindən ümumi müayinədən keçiblər. Bundan əlavə, xəstəliklər aşkarlanan uşaqların sonrakı mərhələdə müalicəsi üçün göndərişlər verilib.